COVID-19 əleyhinə vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Xəbərlər

21.10.2021 - 17:19

Son sutkada koronavirus əleyhinə 32 mindən çox peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir.

Ölkədə vaksinasiyadan keçənlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiyanın ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiyanın sayı isə 4 281 946 təşkil edir.

Müəllif: Ayna.az