COVID-19-dan ölən tibb işçilərinin sayı açıqlanıb

Dünya

21.10.2021 - 23:27

Həkimlər Klinikalar SEO Xidməti

ÜST: Dünyada azı 80 min tibb işçisi koronavirusdan ölüb

“2020-ci ilin yanvarından bu ilin mayına qədər 100 mindən çox tibb işçisi koronavirusdan ölüb”.

AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ÜST və tərəfdaşları birgə məruzə dərc ediblər. Məruzədə həkimlərin koronovirusdan müdafiəsini gücləndirməyə çağırış əksini tapıb.

“ÜST-nin yeni işçi sənədinə əsasən, 2020-ci ilin yanvarından bu ilin mayını əhatə edən dövrdə 115 mindən çox tibb işçisi koronavirusdan ölə bilər. Buna görə də tibb işçilərinin prioritet qaydada vaksinasiya olunması vacibdir”, - Tedros Adhanom Gebreyesus deyib.

Baş direktorun sözlərinə görə, Afrikada həkimlərin vaksinasiya səviyyəsi çox aşağıdır, yüksək gəlirli ölkələrdə isə tibb işçilərinin 80 faizdən çoxu tam peyvəndlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş