Covid-19-dan ölən həkimin son mesajı: "Qızlarım balacadır, sahib çıxarsızmı?"

Dünya

21.04.2020 - 14:07

56 yaşlı həkimin beyninə virus yayıldığı üçün 10 gün komada qaldıqdan sonra vəfat edib

 

Türkiyənin İstanbul şəhərində yerləşən “Eyüpsultan Nişanca” ailə sağlamlığı mərkəzinin həkimlərindən olan Yavuz Kalaycı Covid-19-dan dünyasını dəyişib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimin ölümündən sonra açıqlanan məlumatlar insanları təsirləndirib.

 

Belə ki, Kalaycının həmkarı tərəfindən paylaşılan son mesajı insanları gözyaşlarına boğub: “Qızlarım çox balacadır. Onlara sahib çıxarsınız?”

 

Qeyd edək ki, 56 yaşlı həkimin beyninə virus yayıldığı üçün 10 gün komada yatdığı, bu əsnada isə anası və atasının öldüyü bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş