COVID-19-a qalib gələnlərin sayı artır

Dünya

22.04.2020 - 11:56

cedabet dərman SEO Xidməti

Yarım milyondan çox insan koronavirusdan sağalıb

 

COVID-19 ilə bağlı məlumatların yer aldığı "Worldometer" saytı dünya miqyasında bu günə qədər koronavirusdan sağalan xəstələrin sayını açıqlayıb. AYNA həmin portal istinadən xəbər verir ki, indiyədək koronavirusa yoluxmuş 690 min 672 nəfər sağalmağı bacarıb.

 

Virusun yayıldığı Çində xəstəlikdən əziyyət çəkən 77 min 151 nəfər sağala bilib. Ən çox sağalanların olduğu digər ölkələr: Almaniyada 95 min 200, ABŞ-da 82 min 973, İspaniyada 82 min 514, İranda 60 min 965, İtaliyada 51 min 600 və Fransada 39 min 181 insan pandemiyaya qalib gəlib.

 

Qeyd edək ki, son statistikaya görə, dünyada koronavirusa yoluxanların sayı 2 milyon 557 min 503 nəfərə çatıb. 177 min 661 nəfər isə virusdan dünyasını dəyişib. 1 milyon 689 min 170 insan isə aktiv xsətə olaraq müalicə alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş