AFFA-nın sabiq baş katibi 90 ya.;nda dünyasını dəyişib
AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalist İlqar Tağıyev sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.