Evlərində koronavirusdan vəfat edən insanların cəsədləri üzə çıxır
Çində koronavirusa görə evlərində dünyasını dəyişən insanlar aşkarlanır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Vuhan şəhərində bir gündə 1290 nəfərin cansız bədəni tapılıb.
Bununla da Çində koronavirusdan ölənlərin sayı rəsmi olaraq 3869 nəfər olaraq qeyd edilib.
“Sinxua” xəbər agentliyinin məlumatına görə, evdə ölən xəstələrin qeydiyyata alınmaması, səhiyyə işçilərinin çatışmazlığı, hesabatların qeyri-dəqiq olması və qurumlararası koordinasiyanın olmaması fərqli məlumatların ortaya çıxmasına səbəb olub.