Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

02.05.2020 - 08:58

Virus xaricdən gələn şəxsdə tapılıb

 

Çində son sutka ərzində cəmi 1 nəfərdəkoronavirus aşkarlanıb, 43 pasiyent sağalıb, ölən yoxdur. 

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, virus xaricdən gələn şəxsdə tapılıb. 

 

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 875 yoluxma halı qeydə alınıb. Hazırda 557 nəfərin müalicəsi davam etdirilir (onlardan 37-si ağır vəziyyətdədir), 77 685 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Müəllif: Ayna.az