Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

01.05.2020 - 07:44

cedabet dərman SEO Xidməti

Virusa yoluxanlardan 6-sı xaricdən gələn şəxslərdir

 

Çində son sutka ərzində daha 12 nəfər koronavirusa yoluxub, 32 pasiyent sağalıb, ölən yoxdur.

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, virusa yoluxanlardan 6-sı xaricdən gələn şəxslər, 6-sı isə yerli sakinlərdir (Heyluntszyan əyaləti və Daxili Monqolustan Muxtar Rayonunda).

 

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 874 yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş