Çində 17 uşağı oğurlayıb satan qadın edam edilib

Dünya

28.02.2025 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

61 yaşlı Yu Huaying məhkəmənin qərarı olə edam olunub

Çində 61 yaşlı Yu Huayinq adlı qadın 17 uşağı oğurlayıb satdığı üçün edam edilib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Ali Xalq Prokurorluğundan bildirilib.

“Ali Xalq Məhkəməsinin təsdiqi ilə Quizhou əyalətinin Quiyang şəhərinin Ara Xalq Məhkəməsinin qərarı ilə Yu Huayinqi 28 fevral 2025-ci ildə edam edilib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, 1993-2003-cü illərdə Yu Huaying və onun əlaltıları Quizhou və Yunnan əyalətlərindən və Chongqing şəhərindən olan 17 uşağı Hebey əyalətində satmaq üçün oğurlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş