Cinayətlərin üstü “isti izlər”lə açıldı

Xəbərlər

13.05.2020 - 12:28

cedabet dərman SEO Xidməti

Axtarışda olan şəxslər saxlanılıb

 

Ötən gün ərzində törədilmiş 46 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş