Çin səfiri: “Yaponiya ölümcül silahların ixracına qoyulan məhdudiyyətləri pozub"

Dünya

20.08.2026 - 19:41

"Ölkə ilk dəfə olaraq “Patriot” raketlərini yenidən ixrac edib və freqat sinifli hərbi gəmilərin ixracına başlayıb”

Yaponiya hərbi gəmilərini təyyarədaşıyanlara çevirir, orta və uzun mənzilli raketlər hazırlayır. AYNA.AZ xəbər verir ki, bu fikri Çinin Moskvadakı səfiri Çjan Hanhui TASS üçün yazdığı məqalədə qeyd edib.

Diplomat bildirib ki, "ölkə ilk dəfə olaraq “Patriot” raketlərini yenidən ixrac edib və freqat sinifli hərbi gəmilərin ixracına başlayıb və bununla da ölümcül silahların ixracına qoyulan məhdudiyyətləri pozub".

O, beynəlxalq hüquqa əsasən hüquqi cəhətdən məcburi olan Qahirə və Potsdam bəyannamələrini, eləcə də İkinci Dünya müharibəsinin sonunda Yaponiyanın Təslim Olunması Aktını xatırladıb.

“Bu hüquqi sənədlər həmçinin Yaponiyanın beynəlxalq öhdəliklərini də aydın şəkildə müəyyən edir. Bundan əlavə, Yaponiya Konstitusiyası ölkənin hərbi gücdən istifadəsini və hərbi əməliyyatlar aparmaq hüququnu ciddi şəkildə məhdudlaşdırır”, - səfir qeyd edib.

Diplomat müharibədən sonra Yaponiyanın heç vaxt militarizmdən tamamilə qurtula bilmədiyini və müharibə cinayətkarlarına hörmətlə yanaşmağa davam etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş