Çin internet fırıldaqçılığına qarşı beynəlxalq ittifaq yaradıb

Dünya

10.09.2026 - 13:46

Beynəlxalq ictimaiyyət telekommunikasiya və internet fırıldaqçılığının qlobal problemə çevrildiyini qəbul edir

Lianyungang şəhərində keçirilən İctimai Təhlükəsizlik Əməkdaşlığı üzrə Qlobal Forumun iştirakçıları Telekommunikasiya və İnternet Saxtakarlığı ilə Mübarizə üzrə Beynəlxalq Alyansın Yaradılması ilə bağlı Birgə Bəyanat qəbul ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə  “Sinxua” xəbər agentliyi  bəyanata istinadən məlumat yayıb.

Sənəddə qeyd edilib ki, beynəlxalq ictimaiyyət telekommunikasiya və internet fırıldaqçılığının qlobal problemə çevrildiyini qəbul edir.

Bəyanatda deyilir ki, beynəlxalq konvensiyalara əsaslanan peşəkar, effektiv və fəaliyyətə yönəlmiş hökumətlərarası beynəlxalq təşkilatın yaradılması fırıldaqçılığa qarşı birgə mübarizədə böyük praktik əhəmiyyət kəsb edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş