Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında görüş olub

Xəbərlər

11.10.2021 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüblər

11 oktyabr 2021-ci il tarixində Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən xəbərə görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş