Ceyhun Bayramovla Çavuşoğlunun telefon danışığı olub

Xəbərlər

05.08.2021 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət barədə fikir mübadiləsi aparıblar

 

Avqustun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

M.Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.

 

C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş