Ceyhun Bayramov Moskvada Lavrovla görüşüb

Siyasət

01.04.2021 - 21:15

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib

 

Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.

 

Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

 

Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş