Ceyhun Bayramov İrpen şəhərinə gedib

Xəbərlər

06.08.2026 - 16:38

Ukraynanın Azərbaycandakı səfiri sosial şəbəkədə paylaşım edib

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib: “Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş