Ceyhun Bayramov Fransaya gedib

Xəbərlər

09.11.2021 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Nazirin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə bağlı Fransanın paytaxtı Paris şəhərinə yola düşüb. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş