Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb

Xəbərlər

27.01.2021 - 16:45

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

 

Bu gün qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Tərəflər həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az