Ceyhun Bayramov: "Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!"

Siyasət

31.10.2020 - 13:24

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb

 

"Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim".

 

AYNA-nın xəbərinə görə, bunu özünün "Facebook" səhifəsində Azərbaycanın XİN başçısı Ceyhun Bayramov yazıb.

 

"Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!", - nazir əlavə edib.

Müəllif: Ayna.az