Test nəticəsi pozitiv çıxan nazir işlə bağlı proqramlarını təxirə salıb
Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçek koronavirusa yoluxub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çexiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edilir ki, test nəticəsi pozitiv çıxan nazir özünü yorğun hiss etdiyindən bəzi videokonfranslar istisna olmaqla işlə bağlı proqramlarını təxirə salıb.
Qeyd edək ki, bundan əvvəl Çexiyanın daxili işlər, regional inkişaf, kənd təsərrüfatı nazirləri də koronavirusa yoluxub.