Cəlilabadda transformator partlayıb

Hadisə

10.08.2026 - 11:02

Ətraf ərazidə yanğın baş verib

Cəlilabad rayonunun Uzuntəpə kəndində elektrik transformatorunda partlayış baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə kənd ərazisində yerləşən elektrik transformatorunda qeydə alınıb.

Qəfil partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Partlayışın səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş