Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib

Xəbərlər

07.12.2020 - 12:37

İcra başçısının rüşvət aldığı yerdə saxlanıldığı bildirilir

 

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirildiyi bildirilir. AYNA xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

 

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var. Saxlanılanlar arasında Cəlilabad RİH-nin başçısı Namiq Zeynalovun da olduğu söylənilir.

 

Hələlik əməliyyatla bağlı rəsmi açıqlama olmasa da, saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilindikləri qeyd edilir. Hətta icra başçısının rüşvət alarkən saxlanıldığı vurğulanır.

Müəllif: Ayna.az