Cəbrayıl və Zəngilanda Günəş Elektrik Stansiyası tikiləcək

Xəbərlər

05.10.2021 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

“Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır”

“Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, rayonda yaşıl enerji zonası olacaq: “Cəbrayıl və Zəngilan rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası tikiləcək. Özü də BP şirkətinin vəsaiti hesabına. Görün, maraq nə qədər böyükdür. Artıq təhlil aparılıb. Cəbrayıl, Zəngilan günəşli günlərin sayına görə ən qabaqdadır”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş