Çaylarda sululuq artıb

Xəbərlər

17.05.2025 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 santimetr artıb

Avtomat hidroloji stansiyaların mayın 17-sinə olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş