Çavuşoğlundan Fərman İsmayılovun cəsədi barədə <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

25.01.2021 - 16:02

“Cənazə Qabon hökuməti tərəfindən ayrılmış helikopterlə paytaxt Librevilə aparılıb”

 

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan Türkiyə şirkətinə məxsus gəmidə öldürülən azərbaycanlı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib. AYNA xəbər verir ki,bBu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Nazir bildirib ki, F.İsmayılovla bağlı işlər görülür: “Öldürülən azərbaycanlı qardaşımızı gəmidən götürüb, Qabona gətirdik. Orada İslam qaydalarına uyğun şəkildə cənazə işləri görülüb. Cənazə Qabon hökuməti tərəfindən ayrılmış helikopterlə paytaxt Librevilə aparılıb”.

 

“Fərman İsmayılovun nəşi sabah Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, oradan isə Azərbaycana çatdırılacaq”, - deyə M.Çavuşoğlu bildirib..

Müəllif: Ayna.az