Çavuşoğlu: “Qərənfillər Xarı bülbüllə birgə çiçəkləyir”

Xəbərlər

20.01.2021 - 12:57

Türkiyənin XİN başçısı  20 Yanvar şəhidləri ilə bağlı paylaşım edib

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 20-də canlarını Azərbaycanın istiqlalı uğrunda qurban verən şəhidlərlə bağlı “Twitter” hesabında paylaşım edib.

 

AYNA xəbər verir ki, paylaşımda deyilir: “20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu Xarı bülbül ilə birlikdə çiçəkləyir. Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”.

 

Nazir Türkiyə və azərbaycan bayraqlarını da paylaşımına əlavə edib.

Müəllif: Ayna.az