Çavuşoğlu: “Dünya Azərbaycanın yanında yer almalıdır”

Siyasət

06.10.2020 - 16:33

“Azərbaycanın haqlı davasını hər yerdə müdafiə edəcəyik”

 

Xəbər verdiyimiz kimi, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlib. AYNA xəbər verir ki, Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

 

Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunub.

 

Türkiyə XİN başçısı görüşlərdən sonra rəsmi “Facebook” hesabında Azərbaycanla bağlı paylaşım edib və dünyanın Azəbaycanın yanında yer almalı olduğunu vurğulayıb: “Dağlıq Qarabağ Azərbaycanındır. Dünya haqlının, yəni, Azərbaycanın yanında yer almalıdır. Azərbaycanın haqlı davasını hər yerdə müdafiə edəcəyik. Kədərdə də, sevincdə də, bu gün də, sabah da yan-yanayıq. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan.”

Müəllif: Ayna.az