Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur
Bu gündən başlayaraq Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Bu barədə AYNA-ya DİM-dən bildirilib.
Xatırladaq ki, mayın 20-də DİM tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.