Bu ölkədə koronavirusa yoluxma sayı 200 mini keçib

Dünya

03.06.2020 - 12:21

Hindistanda son sutkada 8 min 909 yeni yoluxma qeydə alınıb

 

Hindistanda koronavirusa yoluxanların sayı 200 min nəfəri keçib. AYNA xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, son sutka ərzində ölkədə 8 min 909 yeni yoluxma hadisəsi qeydə alınıb və ümumi yoluxma sayı 207 min 615 nəfərə yüksəlib.

 

Hindistan Tibbi Tədqiqatlar Şurasının üzvü Nivedita Gupta ölkənin pandemiyanın pik nöqtəsindən uzaq olduğunu bildirib. Hökumət rəsmiləri isə iyul ayından etibarən yoluxmaların azalmağa doğru gedəcəyini bildiriblər.

 

Qeyd edək ki, Hindistanda bu günə qədər 5815 nəfər pandemiyanın qurbanı olub.

Müəllif: Ayna.az