Bu gündən etibarən məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Xəbərlər

18.08.2020 - 08:27

Valideynlər övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər

 

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir. Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.

 

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Müəllif: Ayna.az