“Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir” - <font color=red> İlham Əliyev</font>

Siyasət

09.10.2020 - 17:51

Azərbaycan Prezidenti xalqa müraciət edib

 

“Düşmən öz xalqına nağıl danışır ki, guya hücuma keçiblər, guya bizim ordumuza zərbə vururlar”.

 

AYNA xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

O qeyd edib ki, Azərbaycanın əsgər və zabiti yüksək psixoloji ruh göstərir:

 

"Çünki biz öz torpaqlarımızı azad edirik. Döyüş gedən torpaqlar ermənilərin deyil. Ona görə də onlar torpaqları qoyub qaçırlar. Bu gün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanır.

 

Bu gün ermənilərin səngərində Azərbaycan əsgəri keşik çəkir. Biz onların qənimətindən istifadə edirik. Budur Azərbaycanın üstünlüyü”.

 
Müəllif: Ayna.az