“İkinci hakim partiya yaradıla bilər, YAP-la alınmır”

Siyasət

28.12.2019 - 19:18

Natiq Cəfərli: “Parlamentin buraxılmasına səs verən həmin insanların yenidən namizəd olmaları, ən azı siyasi etikaya uyğun deyil”

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dekabrın 27-də açıqladığı, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlər siyahısı cəmiyyətdə fərqli fikirlərə yol açdı. “Yenə köhnələr siyahıdadırlar”, “Yeni namizədləri heç kim tanımır”, “Cəmiyyəti günlərlə bu cür məntiqsiz siyahıya görə gözlətdilər” və s. kimi fikirlər yayılıb.

 

YAP isə bəyan edir ki, “biz belə uyğun gördük, namizədlərimiz xoşunuza gəlmirsə, başqa namizədlərə səs verə bilərsiniz”. Yəni hakim partiya, bütün tənqidlərə rəğmən, mövqeyinin doğru və haqlı olduğu qənaətindədir.

 

Bəs müxalifət nə düşünür? Rəqib siyasi dairələrdə YAP-ın namizəd siyahısı necə qarşılanır? AYNA əməkdaşı bu məsələyə aydınlıq gətirmək məqsədilə REAL Partiyasının funksioneri, parlament seçkilərinə namizəd Natiq Cəfərli ilə həmsöhbət olub.

Tural Talehoğlu