Bu gün ali məktəblərə ixtisas seçimi başa çatır

Xəbərlər

30.08.2021 - 11:06

İxtisas seçimi bu gün saat 23:59-da başa çatacaq

 

Bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Qeyd edilib ki, ixtisas seçimi avqustun 30-u, bu gün saat 23:59-da başa çatır. Bunu nəzərə alaraq, Bakıda - ali təhsil müəssisələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri” həftə içi günlərindən əlavə şənbə və bazar günləri, regionlarda olan mərkəzlər isə şənbə günü də fəaliyyətlərini davam etdiriblər.

 

Mərkəzlər saat 10:00-dan 17:00-dək işləyirlər.

 

Qeyd edək ki, ixtisas seçimi avqustun 20-dən başlayıb və DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır.

Müəllif: Ayna.az