Britaniyada COVID-19-la bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 1649 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 421 850 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 1 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 539 nəfərə çatıb.