Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 49 156 nəfər koronavirusa yoluxub. Bu iyulun 17-dən bəri görülən ən yüksək göstəricidir.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, koranavirusa yoluxanların ümumi sayı 8 497 868 nəfərə çatıb.
Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib.
Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 138 629 nəfərə çatıb.