Britaniyada son sutkada koronavirusdan 180 nəfər həyatını itirib

Dünya

23.10.2021 - 03:28

Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Böyük Britaniyada son sutka ərzində 49 298 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 689 949 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 180 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 326 nəfərə çatıb.

Müəllif: Ayna.az