Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 44 932 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 361 651 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 145 nəfər koronavirusdan həyatını itirib.
Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 138 379 nəfərə çatıb.