Britaniyada COVID-19 can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 33 904 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 355 887 nəfərə çatıb.
AYNA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 111 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 131 260 nəfərə çatıb.