Koronavirusa yoluxanların sayı artmaqda davam edir
Britaniyada son sutkada yeni növ koronavirusa 6178 yeni yoluxma qeydə alınıb.
AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, bu mayın 1-dən bəri qeydə alınan gündəlik ən yüksək rəqəmdir.
Ölkədə indiyədək 41862 nəfər konavirusdan vəfat edib.