Britaniyada qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb

Dünya

07.09.2026 - 09:37

Helikopter və Britaniya Sahil Mühafizəsinin təyyarəsi əməliyyata cəlb olunub

Britaniyada 140 qanunsuz miqrantın olduğu qayıq saxlanılıb. AYNA.AZ-ın “Sky News”a istinadən məlumatına görə, qayıq Fransanın Normandiya regionunda yerləşən Joburq ərazisindən yola düşüb.

Qayığın aşkarlanmasından sonra xilasetmə gəmiləri, helikopter və Britaniya Sahil Mühafizəsinin təyyarəsi əməliyyata cəlb olunub.

Kral Milli Xilasedicilər İnstitutunun iki xilasetmə gəmisi qayığı kanalda qarşılayaraq miqrantları Portsmuta aparıb. Onların daha sonra Britaniyaya gələn miqrantların qəbul və qeydiyyatı üçün istifadə olunan Manston mərkəzinə göndərilməsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş