Britaniyada koronavirusdan daha 20 nəfər həyatını itirib

Dünya

07.04.2021 - 01:45

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 2379 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 364 529 nəfərə çatıb. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 20 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 882 nəfərə çatıb.

Müəllif: Ayna.az