Britaniyada koronavirus can almağa davam edir
Britaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 29 520 yeni yoluxma qeydə alınıb.
AYNA-nın xəbərinə görə, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində COVID-19-dan 93 nəfər ölüb, bununla da Britaniyada xəstəlikdən ölənlərin sayı 130 894 nəfərə çatıb.