Britaniyada 29 mindən çox insanda koronavirus aşkarlanıb

Dünya

12.08.2021 - 03:53

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 29 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 146 800 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 104 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 130 607 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş