Britaniya “Brexit” ticarət layihəsindən imtina etmək istəyir

Dünya

24.03.2025 - 18:19

Həkimlər Klinikalar SEO Xidməti

Leyboristlər hökuməti pula qənaət etmək niyyətindədir

Böyük Britaniyanın Leyboristlər hökuməti pula qənaət etmək məqsədilə “Brexit” ticarət sistemi layihəsini ləğv etməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Mühafizəkarlar kabineti tərəfindən 2020-ci ilin dekabrında başlayan və artıq dəyəri 180 milyon funt sterlinq (230 milyon dollardan çox) olan proqram xarici ticarət tərəfdaşları ilə “qarşılıqlı əlaqələri kökündən sadələşdirmək” üçün “vahid ticarət pəncərəsi”nin yaradılmasını nəzərdə tuturdu. Bu, Böyük Britaniya idxalçılarına və ixracatçılarına vaxta və pula qənaət edərək bütün sənədləri rəqəmsal olaraq bir yerdə təqdim etməyə imkan vermək üçün nəzərdə tutulmuşdu.

Lakin müəyyən gecikmələrdən sonra ümumilikdə 330 milyon funt-sterlinqə (427 milyon dollar) başa gəlməsi gözlənilən layihə hələ də tamamlanmayıb.

İcmalar Palatasının Biznes və Ticarət Komitəsinin sədri Liam Byrne görə, vahid ticarət pəncərəsi bizneslərin dörddə bir milyard dollara qənaət etmək üçün nəzərdə tutulmuşdu: “Bu proqram olmadan, Böyük Britaniyanın ixracatçılarımızı, xüsusən də kiçik biznesləri boğan əngəli aradan qaldırmaq üçün Avropa İttifaqı ilə münasibətlərində həqiqətən ciddi bir sıfırlamaya ehtiyac olacaq”.

Britaniyanın Baş naziri Keir Starmer daha əvvəl bildirmişdi ki, London Avropa İttifaqı ilə stabil və müsbət münasibətlərə qayıtmaq istəyir.

“Bununla belə, “Brexit”ə yenidən baxılması və ya Böyük Britaniyanın Aİ-nin vahid bazarına və ya gömrük ittifaqına qaytarılmasından söhbət getmir”, Baş nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş