Sabah ölkənin bəzi yerlərində temperatur 38 dərəcə Selsiyə çata bilər
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkədəki həddindən artıq isti hava dalğası və quraqlığa cavab olaraq hökumətin “Kobra” fövqəladə komitəsinin iclasını çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. İclas bu gün isti hava dalğası fonunda keçiriləcək.
Bildirilib ki, sabah ölkənin bəzi yerlərində temperatur 38 dərəcə Selsiyə (100,4 dərəcə Farengeyt) çata bilər.
Britaniya adalarında ilin əvvəlindən bəri 35 gün ərzində rekord həddə - 30 dərəcə Selsiyə (86,4 dərəcə Farengeyt) və ya daha yüksək temperatur qeydə alınıb.
Əhalisi 45 milyon olan İngiltərənin təxminən dörddə üçü hazırda uzun müddət davam edən isti hava dalğaları və faktiki olaraq yağışsızlıq fonunda quraqlıq şəraitində yaşayır. İyul ayı İngiltərədə son 190 ildə ən quraq ay olub. Ölkənin böyük bir hissəsində su məhdudiyyətləri qüvvədədir və on milyonlarla insana təsir göstərir.