Braziliyada içərisində futbolçular olan təyyarə qəzaya uğrayıb

Dünya

24.01.2021 - 23:22

Həkimlər Klinikalar SEO Xidməti

Dörd futbolçu və Braziliyanın "Palmas" klubunun prezidenti və pilot ölüb

 

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər ölüb.

 

Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb. Məlumata görə, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun "Palmas" klubunun prezidenti olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş