Braziliya prezidenti haqqında istintaq qərarı

Dünya

28.04.2020 - 13:10

Moronun ifadəsinin alınması üçün 2 ay vaxtı olduğu bildirilib

 

Braziliya Ali Məhkəməsi ölkə Prezideni Jair Bolsonaronın federal hüquq-mühafizə orqanına müdaxilə etməsi iddiasını araşdırmaq qərarına gəlib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Hakim Celso de Mello keçən həftə istefa verən Ədliyyə naziri Sergio Moronun iddialarının Bolsonaronun Federal Polis Şefi Mauricio Valeixo vəzifəsindən azad edilməsindən sonra agentliyin müdaxiləsi ilə nəticələnməsi barədə qərar verib.

 

Qərarda federal hüquq-mühafizə orqanının keçmiş naziri Moronun ifadəsinin alınması üçün 2 ay vaxtı olduğu bildirilib.

 

Ölkədəki korrupsiyaya qarşı mübarizənin simvolu olan keçmiş ədliyyə naziri 2018-ci ilə qədər  “Avtomobillərin yuyulması” istintaqında Bolsonaro işləmiş Federal Polis Şefi Valeixonu vəzifəsindən azad etdikdən sonra istefa vermişdi.

Müəllif: Ayna.az