Böyük Britaniya hərbi kontingentini Əfqanıstandan çıxaracaq

Dünya

14.04.2021 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Kabil şəhərindəki akademiyaya nəzarət isə Əfqanıstan hökumətinə təhvil veriləcək

 

Böyük Britaniya hərbi kontingentinin demək olar ki, hamısını Əfqanıstandan çıxaracaq. AYNA xəbər verir ki, bu barədə “Times” qəzetində məlumat dərc edilib.

 

Hazırda Böyük Britaniyanın Əfqanıstanda 750 nəfərlik hərbi kontingenti var ki, britaniyalı hərbçilər bu ölkədə ABŞ-ın bazalarından və infrastrukturundan asılıdırlar. Məlumatda bildirilir ki, ABŞ qoşunlarının yoxluğu onlar üçün çətinlik yaradacaq.

 

Böyük Britaniyalı hərbçilərin əfqan əsgərlərin təlimi ilə məşğul olduğu Kabil şəhərindəki akademiyaya nəzarət isə Əfqanıstan hökumətinə təhvil veriləcək.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ölkəsinin qoşunlarını sentyabrın 11-dək Əfqanıstandan çıxarmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş