Borclu qismində axtarılan 23 nəfər saxlanılıb

Xəbərlər

20.04.2021 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

Ötən iki gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ölkənin daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş