Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Xəbərlər

20.05.2025 - 20:22

Həkimlər Klinikalar SEO Xidməti

Arıxlı İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək sayca 4-cü mərkəzdir

Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində yeni İcma Mərkəzi fəaliyyətə başayıb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, mərkəz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Bolnisidə fəaliyyət göstərən Gənclər və Təhsil Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Gənclər və Təhsil Mərkəzinin rəhbəri Rezo Həsənov yeni yaradılan icmanın fəaliyyəti və proqramları barədə ətraflı məlumat verib.

Azərbaycan dili müəllimi Fəridə Seyidova müdavimlərə uğurlar arzulayıb, ana dilimizin əhəmiyyəti, incəlikləri barədə geniş məlumat verib.

Daha sonra Arıxlı İctimai Məktəbinin tarix müəllimi Fariz Bayramov, din xadimi Coşqun Tanrıverdiyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin hüquqşünası Əmrah İbrahimov, Kvemo Bolnisi İcma Mərkəzinin Azərbaycan dili müəllimi Çingiz Yaqubov və Savaneti İcma Mərkəzinin gürcü dili müəllimi Alidə Məmmədəlizadə çıxış edərək yeni mərkəzin kollektivinə uğurlar arzulayıblar. Bildirilib ki, Arıxlı İcma Mərkəzində Azərbaycan dili, gürcü dili, ingilis dili və universitetə hazırlıq kursları təşkil olunacaq. Yaxın zamanda hüquqi xidmətlərin də göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Arıxlı İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərəcək sayca 4-cü mərkəzdir. Bundan əvvəl İmirhəsən (Savaneti), Aşağı Güləver(Qeta) və Kəpənəkçi (Kvemo Bolnisi) kəndlərində icma mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə Azərbaycan dili, gürcü dili, ingilis dili və məktəbəqədər hazırlıq kursları tədris olunur.

Bolnisidə yeni İcma Mərkəzi fəaliyyətə başlayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş